Lion körfəzi

coğ. Lion (golfe du)

linotipist
Lis(s)abon
OBASTAN VİKİ
Lion
Lion (fr. Lyon [ljɔ̃]}}) — Fransada şəhər, Ron-Alp bölgəsinin, Ron departamentini və 14 kantonun inzibati mərkəzi. Lion "Böyük Lionun" (fr. Grand Lyon), və ya 37 inzibati vahiddən ibarət Lyon şəhərlər cəmiyyətinin (fr:Communauté urbaine de Lyon) mərkəzidir. 1,2 milyon nəfər əhalisi vardır.
Lion (rayon)
== İstinadlar ==
Lion Feyxtvanger
Lion Feyxtvanger (alm. Lion Feuchtwanger‎; 7 iyul 1884[…], Münxen – 21 dekabr 1958[…], Los-Anceles, Kaliforniya) — yəhudi əsilli alman yazıçı. == Həyatı == Yəhudi əsilli alman yazıçısı Lion Feyxtvanger 1884-cü il iyulun 7-də Münhen şəhərində anadan olub. Berlin və Münhen şəhərlərində filoloji təhsil alıb. Jurnalistika və teatr tənqidi ilə məşğul olub. Fəlsəfə elmləri doktoru adını alıb. 1933-cü ildə faşistlərin Almaniyada hakimiyyətə gəlməsindən sonra Fransaya mühacirət edərək orada yaşayıb. Feyxtvanger beynəlxalq mədəniyyəti müdafiə hərəkatında iştirak edib, B.Brext və B.Bredel ilə birgə 1936-1939-cu illərdə Moskvada almanca nəşr olunan "Söz" (Das Vort) jurnalının redaktoru olub, "Moskva – 1937" kitabını yazıb. 1940-cı ildə alman qoşunları Fransanı işğal edərkən Fransa hökumətinin mürtəce siyasətini tənqid etdiyinə görə həbs düşərgəsinə salınıb, çətinliklə xilas olub, ABŞ-a mühacirət etmişdir. Feyxtvangerin "Hərbi əsirlər" (1918), "Sülh" (1918) şeirlərində, həmçinin "Gözləmə zalı" trilogiyasında, "Müvəffəqiyyət" (1930) "Oppenheymlər ailəsi" (1933), "Sürgün" (1939), "Lautenzak qardaşları" (1943) romanlarında faşizm ifşa olunur.
Lion üsyanı
Lyon üsyanı (fr. Soulèvement de Lyon contre la Convention nationale) — 1793-cü ilin iyunundan noyabrına qədər davam etmişdir. Bu üsyanın səbəbi jirondistlər və montanyarlar arasında mübarizənin qızışması idi. Beləki, jirondistlər Lyonda hakimiyyətə gəlir və Respublikaya olan bağlılıqlarını bildirirlər, lakin Parisdə olan yakobinlər və montanyarlar onlara qarşı çıxırlar. == İqtisadi böhranla üzləşən bir şəhər == 1789-cu ildə Lyon əhalisinin sayının 100.000 keçməsinə görə Parisdən sonra Fransadakı ən böyük şəhər idi. Şəhər bankçılıq, ticarət və istehsal üçün regional bir mərkəz olmuşdu. Məşğulluq baxımından onun aparıcı sənayesi ipək toxuculuğu idi, beləki əhalinin üçdə bir hissəsi bu fəaliyyətlə məşğul idi. 1789-cu ildə ipək toxuculuğu bütün Fransanı iqtisadiyyatını əhatə edən böyük iqtisadi böhranda idi. Bu şəhər ingilis yazar Artur Yunq tərəfindən ziyarət edilir və o qeyd edirdi: Vergi üsyanları 1789-cu ilin iyununda və 1790-cı ilin iyulunda baş verir. Xalq ümid edirdiki, Silklər Məclisinin 1789-cu ildəki toplantısından sonra ticarət oliqarxlarının vergi imtiyazları aradan qaldırılacaq, amma bunun əksinə olaraq oktrua vergisi vasitəsilə əsas yük yenə də aşağı təbəqənin üzərinə düşürdü.
Lion inzibati rayon
== İstinadlar ==
Olimpik Lion FK
Olimpik Lion FK — klubun əsası 1950-ci ildə qoyulmuşdur. Fransanın Lion şəhərini təmsil edir.
Sangatsu no Lion
March Comes in like a Lion (azərb. Mart şir kimi gəlir‎), Yaponiyada tanınan adı ilə Sangatsu no Lion və ya 3-gatsu no Lion (3月のライオン, Sangatsu no Raion, azərb. Mart şiri‎) — Çika Uminonun yaratdığı manqa. Hakusensha nəşriyyatının Young Animal seynen jurnalında 2007-ci ilin iyul ayından bu günə kimi çap olunur. 2009-cu ildə Manqa Tayşö mükafatına nominasiya olunub və 2011-ci ildə həmin mükafatı qazandı. Həmin il Kodansha nəşriyyatının "Ümumi" kateqoriyasındaki mükafatına layiq olundu. Manqanın anime adaptasiyası 8 oktyabr 2016-cı ildən 18 mart 2017-ci ilə qədər NHK kanalında yayımlanmağa başlayıb, ikinci mövsüm 2017-ci ilin oktyabr ayından yayımlanacaq. Hekayə Tokioda baş tutur. Baş qəhrəman 17 yaşlı Rey Kiriyama (桐山 零) peşəkar şogi oyunçusudur. Valideynləri və bacısı dünyalarını dəyişdirdiyi avtomobil qəzasından sonra atasının dostu Koda onu ailəsinə qəbul edir və şogi oynamağı öyrədir.
3-gatsu no Lion
March Comes in like a Lion (azərb. Mart şir kimi gəlir‎), Yaponiyada tanınan adı ilə Sangatsu no Lion və ya 3-gatsu no Lion (3月のライオン, Sangatsu no Raion, azərb. Mart şiri‎) — Çika Uminonun yaratdığı manqa. Hakusensha nəşriyyatının Young Animal seynen jurnalında 2007-ci ilin iyul ayından bu günə kimi çap olunur. 2009-cu ildə Manqa Tayşö mükafatına nominasiya olunub və 2011-ci ildə həmin mükafatı qazandı. Həmin il Kodansha nəşriyyatının "Ümumi" kateqoriyasındaki mükafatına layiq olundu. Manqanın anime adaptasiyası 8 oktyabr 2016-cı ildən 18 mart 2017-ci ilə qədər NHK kanalında yayımlanmağa başlayıb, ikinci mövsüm 2017-ci ilin oktyabr ayından yayımlanacaq. == Məzmun == Hekayə Tokioda baş tutur. Baş qəhrəman 17 yaşlı Rey Kiriyama (桐山 零) peşəkar şogi oyunçusudur. Valideynləri və bacısı dünyalarını dəyişdirdiyi avtomobil qəzasından sonra atasının dostu Koda onu ailəsinə qəbul edir və şogi oynamağı öyrədir.
Ebelyax körfəzi
Ebelyax körfəzi — Laptevlər dənizinə daxil olan körfəz. Dənizin cənub-şərqində yerləşir. İnzibati cətətdən Rusiyanın Saxa Respublikası ərazisinə daxildir. Svyatoy Nos burnu ilə Şirokostan yarımadası arasında yerləşir. Materikin daxilinə 26 km uzanır. Eni 37 km, dərinliyi 11 km təşkil edir. Sahilində tundra bitkiləri yayılmışdır. Cənub sahilləri alçaqdır. Şimalında isə sıldırımlıdır və hündürlük 387 metrdir. Körfəzə Suruktax, Adarqaydax, Ekekey çayları axır.
Fars Körfəzi
İran körfəzi və ya Fars körfəzi(fars. خلیج فارس - Xəlic-e Fars; - əl-Xəlicül-ərəbi, əl-Xəlic əl-ərəbi) — İran və Ərəbistan yarımadası arasında yerləşən körfəz. Hörmüz boğazı vasitəsilə Oman körfəzi, Ərəbistan dənizi və Hind okeanı ilə birləşir. Bu körfəzin adı ilə bağlı İranla ərəb ölkələri arasında gərginlik var. İranlılar bu körfəzin adının Fars körfəzi olduğunu təkid edirlər, lakin ərəb ölkələri bu körfəzin adını Ərəb körfəzi hesab edirlər. Bu körfəz türkcə Bəsrə körfəzi də adlanır. Bu ad tarixi köklərə malikdir və Osmanlı imperiyası dövründə bu adla tanınıb. Körfəzin sahilində yerləşən ölkələr Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, İraq və İrandır. Dəclə və Fərat çaylarının qovuşması nəticəsində yaranan Şəttül-Ərəb çayı İran körfəzinə tökülür. Hidroloji, hidrokimyəvi və digər xüsusiyyətlərinə görə İran körfəzi dənizlərlə oxşardır.
Fin körfəzi
Fin körfəzi (fin Suomenlahti, est. Soome laht, isv. Finska viken) — Baltik dənizinin şərq hissəsində yerləşən körfəz, sahillərində Finlandiya, Rusiya və Estoniya yerləşir. Qərb sərhəddi kimi Xanko yarımadası ilə Pıızaspea burnu arasındakı şərti sərhəd götürülür. Fin körfəzinin sahəsi 29,5 min km², uzunluğu 420 km, eni 70 km-dən 130 km-yə qədərdir. Orta dərinliyi 38 m, maksimal dərinliyi 121 metrdir. Neva çayının mənsəbində yerləşən Tallin, Helsinki və Sankt-Peterburq körfəzin sahilindəki əsas şəhərlərdir. == Mənbə == Финский залив Балтийского моря Рыболовные страницы Arxivləşdirilib 2009-08-28 at the Wayback Machine Природа, острова, животный мир Финского залива Arxivləşdirilib 2012-04-12 at the Wayback Machine Спутниковое фото Финского залива Arxivləşdirilib 2003-10-13 at the Wayback Machine Фотографии берегов Финского залива Arxivləşdirilib 2009-06-02 at the Wayback Machine Финский залив Зелёный мир. Финский залив Arxivləşdirilib 2011-07-26 at the Wayback Machine Природа России. Финский залив Несколько растровых карт глубин Финского залива Карта глубин Финского залива Прогноз ледовых условий на Финском заливе и Ладожском озере Тайны затонувших кораблей.
Finlandiya körfəzi
Fin körfəzi (fin Suomenlahti, est. Soome laht, isv. Finska viken) — Baltik dənizinin şərq hissəsində yerləşən körfəz, sahillərində Finlandiya, Rusiya və Estoniya yerləşir. Qərb sərhəddi kimi Xanko yarımadası ilə Pıızaspea burnu arasındakı şərti sərhəd götürülür. Fin körfəzinin sahəsi 29,5 min km², uzunluğu 420 km, eni 70 km-dən 130 km-yə qədərdir. Orta dərinliyi 38 m, maksimal dərinliyi 121 metrdir. Neva çayının mənsəbində yerləşən Tallin, Helsinki və Sankt-Peterburq körfəzin sahilindəki əsas şəhərlərdir. == Mənbə == Финский залив Балтийского моря Рыболовные страницы Arxivləşdirilib 2009-08-28 at the Wayback Machine Природа, острова, животный мир Финского залива Arxivləşdirilib 2012-04-12 at the Wayback Machine Спутниковое фото Финского залива Arxivləşdirilib 2003-10-13 at the Wayback Machine Фотографии берегов Финского залива Arxivləşdirilib 2009-06-02 at the Wayback Machine Финский залив Зелёный мир. Финский залив Arxivləşdirilib 2011-07-26 at the Wayback Machine Природа России. Финский залив Несколько растровых карт глубин Финского залива Карта глубин Финского залива Прогноз ледовых условий на Финском заливе и Ладожском озере Тайны затонувших кораблей.
Foks körfəzi
Foks körfəzi (ing. Foxe Basin) — Şimal Buzlu okeanında yerləşən körfəz. Körfəz Kanada sahillərini yuyur. İngilis kəşfiyyatçısı Luka Foksun şərəfinə adlandırılmışdır. Şərqdə Baffin Torpağı, qərbdə Melvill yarımadası və Sauthempton adaları arasında geniş bir uzantı təşkil edir. Cənubda eyni adlı boğazla Hudzon boğazı və Hudzon körfəzi ilə, şimalda Fari və Hekla boğazı vasitəsilə Butiya körfəzi ilə birləşir. Körfəzin uzunluğu təqribən 600 km, eni isə 500 km-dir. Dalğalar yarımgündəlikdir, hündürlüyü 1,2-dən 9 m-ə qədərdir. Körfəz oktyabrda donur. Foks körfəzi geniş, əsasən dayaz çökəkliklərdən ibarətdir, dərinliyi ümumiyyətlə 100 metrdən (330 fut) azdır, cənubda isə 400 metrə (1300 fut) qədər dərinliklər vardır.
Fəthiyə körfəzi
Fəthiyə körfəzi - Türkiyə Respublikasının Muğla əyalətinin Fəthiyə rayonunun yaxınlığında yerləşir. 36.640-lik paralellə 28.968-lik meridian arasında yerləşir. Müxtəlif ada və yarımadaların yerləşdiyi körfəzdir. Şimaldan cənuba doğru zgöçək İskələsindən İblis burnuna qədər 25 km uzunluğunda və qərbdən şərqə doğru Qurtoğlu burnundan Fəthiyə iskələsinə qədər 30 km genişliyindədir. Körfəzin ən dərin yeri 490 m-dir. Dənizə doğru sahilləri girintili-çıxıntılıdır. Şərq hissəsində şimala doğru bir çox qədim yaşayış yerləri su altındadır. Körfəzin şərqində Köhnə Meğri, Qızılada, Dovşan adası, Qatrancık adası və çox girintili qərb sahilində çoxlu sayda kənd, körfəz, ada və yarımada yerləşir. Cənub-qərbdən şimal-qərbə doğru Bozdağ yarımadası, Donuz adası, Tərsanə adası, Hacıxəlil adası, Yassıca adası, Göçək adasıdır.
Heroonpol körfəzi
Heroonpol körfəzi — qədim dövrdə Süveyş körfəzinin adı. Heroonpolun yaxınlığında yerləşdiyi üçün belə adlandırılmışdır. Qırmızı dəniz və onun Süveyş körfəzinin şimalda Böyük Acı Gölə qədər uzandığına dair sübutlar var. II Ptolemey Filadelf e.ə. 270–269-cu illərdə Heroonpolda qərb-şərq kanalının əsasını qoymuş, Qırmızı dənizdən gələn duzlu suyun kanaldakı şirin su ilə qarışmasının qarşısını alaraq Heroonpol körfəzi ilə Qırmızı dəniz arasında gəmi nəqliyyatını təmin etmək məqsədilə burada gəmi qıfılı qurmuşdur.
Hudzon körfəzi
Hudzon körfəzi (ing. Hudson Bay, fr. baie d'Hudson, inuktitut Kangiqsualuk ilua) — Şimal Buzlu okeanın akvatoriyasına daxil olan və birbaşa boğaz vatəsi ilə Atlantik okeana çıxışı olan körfəzdir (Faktiki olaraq isə Hudzon daxili dənizdir). Körfəz Kanadanın Kvebek, Ontario, Manitoba və Nunavut vilayətlərinin ərazisi ilə hüdudlanır. Labrador dənizi ilə Hudzon boğazı vastəsilə birləşir, Şimal Buzlu okean ilə Foks körfəzi vastəsilə birləşir. Körfəzin sahəsi 1,23 milyon km² təşkil edir. Dərinliyi 258 metrdir. Oktyabrdan iyul ayına qədər buzla örtülü olur. Sularında Terka, Kambala və seld kimi balıqlar tutulur. Suiti bölgə üçün əhəmiyyətlidir.
Kadis körfəzi
Kadis körfəzi (isp. Golfo de Cádiz) — Andalusiyanın Atlantik okeanı sahilində və Kadis şəhərinin ətrafında yerləşən körfəz. Cəbəllütariq boğazı və Portuqaliyanın Sent Vinsent burnu arasında yerləşir. Kadis körfəzi 34°N və 37°15'N və 6°W və 9°45'W arasında şimal-şərq Atlantik okeanında yerləşir.
Kaliforniya körfəzi
Kaliforniya körfəzi (isp. Golfo de California), həmcinin Kortes dənizi kimi tanınır (isp. Mar de Cortés) — Körfəz Sakit okean akvatoriyasına daxildir. Kaliforniya yarımadası ilə Meksikanın materik hissəsi arasında yerləşir. Körfəzin suları Meksikanın Aşağı Kaliforniya, Cənubi Kaliforniya, Sonora və Sinoloa ştatlarının sahillərini yuyur. Körfəzin okeana çıxışı 5,3 milyon il əvvəl əldə etmişdir. Bununla da Kolorado çayı bir başa okeana çıxış əldə etmişdir. Araşdırmalar göstərmişdir ki, körfəzin dərinliyi sahildəki dayazlıqlardan başlayaraq Yuma şəhəri yaxınlığında 3000 metri keçir. Kaliforniya körfəzində iki iri ada vardır: Anhel-de-la-Quarda və Tiburon. Bundan əlavə kiçik adalarda vardır.
Kambey körfəzi
Kambey körfəzi (hind. खंभात की खाड़ी )— Ərəbistan dənizində Hindistanın şimal-qərb sahillərində körfəz. Körfəz Hindistanın Qucarat ştatı ilə sərhədlənir. == Ümumi məlumat == Kambey körfəzinin uzunluğu təxminən 200 kilometrdir. Körfəzin eni şimalda təxminən 20 km-ə (12 mil), cənubda isə təxminən 70 km-ə (43 mil) çatır. Körfəzə tökülən əsas çaylar Narmada, Sabarmati, Mahi və Tapti çaylarıdır. Çaylar mənsəbdə estuari forması yaradır. Səthin dərinliyi dalğalanmalara səbəb olur. Bu xüsusilə yerli tərsanələrdə istifadə olunur. Kambey körfəzi Kathiyavar yarımadasını Qucaratın cənub-şərq hissəsindən ayırır.
Kaydak körfəzi
Kaydak — Xəzər dənizinin Qazaxıstan sahillərində dayaz və ensiz körfəz. Myortvıy Kultuk körfəzinin davamını təşkil edir. Şərqdən Bozaşı yarımadası ilə əhatələnir. Yerindən asılı olaraq 4-5 metr təşkil edir. == Tarixi == XX əsrin 30-cu illərində Xəzərin səviyəsinin enməsi ilə körfəzin suyu qurumuş və ərzisi şoranlığa çevrilir. 80—90-cı illərdə isə suyun səviyyəsinin qalxması ilə şoranlıq yenidən körfəzə çevrilmişdir.
Kaç körfəzi
Kaç körfəzi (ing. Gulf of Kutch, hind. कच्छ की खाड़ी, Kaççk) — Ərəbistan dənizinə daxil olan körfəz. Hindistanın daxilinə 180 km məsafədə uzanır. Kathiyavar yarımadasını şimaldan Kaç yarımadasını isə cənubdan əhatələyir. Maksimal dərinliyi 122 metrdir. Sahilində yerləşən Camnaqar şəhərində dünyanın ən böyük neftayırma zavodlarından biri yerləşir. Kandlada isə iri neft terminalı vardır.
Kolyuçin körfəzi
Kolyuçin körfəzi — Çukot dənizində yerləşəm sahəsinə görə ikinci ən böyük körfəz. Körfəz Çukot yarımadasının içərilərinə doğru uzanır. İnzibati baxımdan Rusiya Federasiyası, Çukot Muxtar Dairəsi Çukot rayonu ərazisinə daxildir. == Adı == 1793-cü ildə körfəzə Qraf Bezborodki körfəzi adı verilir. Bu ad Aleksandr Andreeviç Bezborodkonun şərəfinə adlandırılır. Ancaq ad uzun ömürlü olmur. Bir müddət sonra körfəz yaxınlığında yerləşən Kolyuçin adasının adı ilə adlandırılır. == Fiziki-coğrafi xüsusiyyətləri == Körfəz materik daxilinə 100 km məsafədə daxil olur. Dənizdən Belyaka dili ilə ayrılır. Çıxacaqda uzunluğu 2,8 km-dir.
Kolıma körfəzi
Kolıma körfəzi — Şərqi Sibir dənizinin şərqində yerləşən körfəz. Krestovıy buru ilə Kolıma çayı deltası arasında yerləşir. Öz adınıda buradan almışdır. Materik daxilinə 45 km məsafədə daxil olur. Eni ən enli yerdə 106 km-dir. Dərinliyi 4–6 metr arasında yerləşir. Sahillərində tundra bitkiləri yayılmışdır. Cənub hissədən ona Kolıma çayı tökülür. Bu hissədə delta əmələ gəlir. Kolıma çayı burada qollara ayrılaraq körfəzə tökülür:Kamenka, QUMSP, Suxarıy, Stolbik, Tabışevskiй, Ştormovıy.
Korf körfəzi
Korf körfəzi — Berinq dənizində, Kamçatka yarımadasının şimal-şərqində yerləşir. 1885-ci ildə Priamur diyarının birinci general-qubernatoru Andref Korfın şərəfinə adlandlrılmışdır. İlkin adı isə Olyutorski körfəzi idi. Qoven yarımadası ilə İlpinski yarımadası arasında yerləşir. Körfəz həmçinin Olyotorski və Karaqin körfəzləri ilə sərhədə malikdir. Materikin daxilinə 75 km daxil olur. Eni 70 km, maksimal dərinliyi isə 70 metrdir. Körfəzə tökülən çaylar:Vıvenka, Kultuşkaya. Şimalında buxtalar vardır: Skrıtaya, Sibir və Skobolev. Körfəzdə morj, balina və sənaye əhəmiyyətli balıq növlərini müşahidə etmək mümkündür (qızılbalıq və Sakit okean siyənəyi).
Korrivrekan körfəzi
Korrivrekan körfəzi (ing. Gulf of Corryvreckan) və ya Korrivrekan boğazı (ing. Strait of Corryvreckan) — Şotlandiyanın qərb sahillərində, Cura və Skarba adaları arasında boğaz. İnzibati cəhətdən Arqayl-end-Büt qraflığında yerləşir. == Əlavə ədəbiyyat == Monro, Sir Donald (1549) Description of the Western Isles of Scotland. William Auld. Edinburgh - 1774 edition.